Qanunsuz ov etməyə görə hansı məsuliyyət nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunsuz ov etməyə görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulur?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.1-ci maddəsinə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş vaxtda, eləcə də qadağan edilmiş alət və üsullarla ov etmə nəticəsində xeyli miqdarda ziyan vurulduqda cinayət məsuliyyəti yaranır.
Bu əməli törətmiş şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə, 240 saatdan 320 saatadək ictimai işlər, bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırıla bilərlər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








