Beynəlxalq terror fəaliyyəti nədir? -

Beynəlxalq terror fəaliyyəti nədir? - HÜQUQ MƏSLƏHƏTİ

10 Mart 2026

Sual: Beynəlxalq terror fəaliyyəti nədir?

Cavab: Beynəlxalq terror fəaliyyəti – terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən fəaliyyətdir. Bu fəaliyyət, şəxsin öz dövlətinin və ya başqa bir dövlətin ərazisində hər hansı dövlətin vətəndaşına qarşı törətdiyi, terrorçu və terrorçuluğa məruz qalan şəxslərin eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduğu hallarda, eləcə də həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlərlə bağlı fəaliyyətləri əhatə edir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov