Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir

Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir

10 Mart 2026

Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İkinci Qədr gecəsi ramazan ayının 20-dən 21-nə, yəni martın 10-dan 11-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim islam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-da başlayıb. Şəvval ayının 1-i, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.