İrandan fevralın 28-dən indiyədək 69 ölkədən Azərbaycana 2 097 nəfər təxliyə olunub
Fevralın 28-i saat 8:00-dan martın 10-u saat 10:00-dək İrandan Azərbaycana 69 ölkədən ümumilikdə 2 097 nəfər təxliyə olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, təxliyə olunanların 365 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda Çindən 620, Rusiyadan 292, Tacikistandan 174, Pakistandan 137, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, S.Ərəbistandan 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratikdən hərəsindən 10, B.Britaniyadan 9, Braziliya, Qazaxıstan və Kanadadan hərəsindən 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyadan hərəsindən 6, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan və Avstriyadan hərəsindən 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt və Bəhreyndən hərəsindən 4, Qətər, Filippin, Xorvatiya və Finlandiyadan 3, Nepal, Livan, Hindistan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, ABŞ və Sloveniyadan hərəsindən 2, Tunis, Cənubi Afrika, Maldiv Adaları, Myanmar, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Avstraliya və Belizdən hərəsindən 1 vətəndaş Azərbaycana təxliyə olunublar.
Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.
Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Astara dövlət sərhədindən buraxılış məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.








