Pilotsuz uçuş aparatları ilə video və foto çəkilişi nə zaman cinayət məsuliyyəti yaradır? -

Pilotsuz uçuş aparatları ilə video və foto çəkilişi nə zaman cinayət məsuliyyəti yaradır? - HÜQUQ MƏSLƏHƏTİ

06 Mart 2026

Sual: Pilotsuz uçuş aparatlarından istifadə etməklə şəxsə dair video və foto çəkilişi materiallarının əldə olunması hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən pilotsuz uçuş aparatlarından istifadə etməklə şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması cinayət məsuliyyətinə səbəb olur və həmin əməli törətmiş şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov.