Nikah zamanı soyad seçimi mümkündürmü? -

Nikah zamanı soyad seçimi mümkündürmü? - HÜQUQ MƏSLƏHƏTİ

04 Mart 2026

Sual: Yeni ailə qurmuşam. Ərimin soyadını deyil, hazırda istifadə etdiyim soyadı saxlamaq istəyirəm. Bu mümkündürmü?

Cavab: Bəli, mümkündür. Ər-arvad qarşılıqlı razılıq əsasında onlardan birinin soyadını ümumi soyad kimi seçə, hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya soyadları birləşdirə bilər.

Nikah pozulduqda isə tərəflər ümumi soyadı saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov