Bağışlama müqaviləsi nədir? -

Bağışlama müqaviləsi nədir? - HÜQUQ MƏSLƏHƏTİ

02 Mart 2026

Sual: Bağışlama müqaviləsi nədir?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı qarşılıqsız şəkildə zənginləşdirir. Bu zaman hədiyyə alan tərəfindən hər hansı cavab xidməti tələb olunmur.

Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama hər hansı öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Şahmar Həşimov.