AR vətəndaşları xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul ola bilərmi? -

AR vətəndaşları xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul ola bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

02 Mart 2026

Sual: AR vətəndaşları xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul ola bilərmi?

Cavab: 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Onlar xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycanda dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi və ya fərdi qaydada xaricdə işə düzələ bilərlər.

Xarici ölkədə işləyən vətəndaşlar hüquqlarının dövlət tərəfindən qorunması məqsədilə təyinat ölkəsinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi-nin həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və işləmələrini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Diplomatik nümayəndəlik və ya konsulluq olmadıqda isə, vətəndaş 1 ay müddətində işləməsi barədə rəsmi sənədi müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov.