Bayramlarla əlaqədar ödənişlər vaxtından əvvəl veriləcək

Bayramlarla əlaqədar ödənişlər vaxtından əvvəl veriləcək

04 Mart 2026

Qarşıdan gələn bayramlarla əlaqədar martda pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Naxçıvan üzrə isə bu ayın pensiya ödənişinə isə artıq başlanıb.

Novruz və Ramazan bayramları ərəfəsində Azərbaycanın digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.