İlham Əliyev: Edi Ramaya Azərbaycana göstərdiyi sarsılmaz dəstəyə görə minnətdarlığımı bildirirəm
Prezident İlham Əliyev Albaniya Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.
"Mən Albaniyanin Baş naziri Edi Ramaya İran dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarından sonra Azərbaycana göstərilən sarsılmaz dəstəyə görə ən dərin minnətdarlığımı bildirmək istərdim. Xalqımız nümayiş etdirdiyiniz qəti mövqeyi, həmrəyliyi və birliyi yüksək qiymətləndirir", - paylaşımda vurğulanıb.








