Sabah İstanbulda TDT XİN Şurasının fövqəladə sammiti keçiriləcək

Sabah İstanbulda TDT XİN Şurasının fövqəladə sammiti keçiriləcək

06 Mart 2026

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri martın 7-də İstanbulda fövqəladə sammit keçirəcəklər.

"NAXÇIVANXƏBƏRLƏRİ" TDT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçiriləcək.

"İclasda TDT ölkələrinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, həmçinin baş katib Kubanıçbek Ömuraliyev iştirak edəcəklər. Görüş zamanı əsas diqqət cari beynəlxalq və regional proseslərə, Türk dünyası ölkələri arasında siyasi dialoqun gücləndirilməsinə, institusional əməkdaşlığın genişləndirilməsinə və birgə təşəbbüslərin təşviqinə yönəldiləcək", - bəyanatda bildirilib.

Təşkilatdan əlavə edilib ki, tərəflər TDT çərçivəsində inteqrasiyanın daha da dərinləşdirilməsi və fəaliyyətin əlaqələndirilməsi üzrə addımları müzakirə edəcəklər.