İğdır-Bakı aviareysi üzrə 106 sərnişin yola düşəcək

İğdır-Bakı aviareysi üzrə 106 sərnişin yola düşəcək

06 Mart 2026

Bakı–İğdır marşrutu üzrə növbəti sərnişin təyyarəsi İğdır Hava Limanına enib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə təşkil edilən aviareyslər çərçivəsində növbəti sərnişin təyyarəsi İğdır Hava Limanına eniş edib.

İğdırdan təşkil ediləcək növbəti reyslə isə 106 sərnişin Bakıya yola düşəcək.