Üç ölkənin diplomatları da daxil olmaqla daha 70-yə yaxın əcnəbi Azərbaycana təxliyə edilib
Son üç saat ərzində 7 ölkənin - Oman, Pakistan, Şri-Lanka, Qazaxıstan, Küveyt, Latviya, Bəhreyndən olan 70-ə yaxın vətəndaş "Astara" Dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu gün səhər saat 09:00-dan 18:00-dək isə 3-ü diplomat olmaqla 17 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilib.
Eyni zamanda Özbəkistanın 3 diplomatı, Çexiyanın 3 diplomatı, 31 Çin, 6 Britaniya, 4 Kanada, 20 Pakistan, 26 Tacikistan, 1 Qazaxıstan 1 Türkiyə vətəndaşı təhlükəsiz şəkildə təxliyə olunub.








