Naxçıvanda yaşıllıqlara aqrotexniki qulluq işləri davam etdirilir -

Naxçıvanda yaşıllıqlara aqrotexniki qulluq işləri davam etdirilir - FOTO

16 Mart 2026

Martın 16-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan–Şahbuz avtomobil yolunun 11-ci kilometrliyində, yolun sol hissəsində terras üsulu ilə əkilmiş təpəlik ərazidə meşəbərpa işləri görülüb, eyni zamanda ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ümumi sahəsi 5 hektar olan əraziyə torpaq-iqlim şəraitinə uyğun 1100 ədəd meşə və meyvə tingi əkilib, həmçinin ağaclarda budama aparılıb, ərazi alaq otlarından təmizlənib və zərərvericilərə qarşı tədbirlər görülüb.