Babəkdə məişət zorakılığı və erkən nikah mövzusunda tədbir keçirilib -

Babəkdə məişət zorakılığı və erkən nikah mövzusunda tədbir keçirilib - FOTO

16 Mart 2026

Babək Rayon İcra Hakimiyyətində “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq mövzunun əhəmiyyətindən danışıb.

Sonra Faiq Səfərov (Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi), Azadə Əliyeva (Gənclər və İdman Nazirliyinin əməkdaşı), Təranə Həsənova (Səhiyyə Nazirliyinin əməkdaşı) və Kənan Məmmədov (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı) mövzu ilə bağlı çıxış edərək məişət zorakılığı, erkən nikah və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.