Qanunsuz sahibkarlığa görə hansı cəza var? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunsuz sahibkarlıq nədir və bu əmələ görə hansı məsuliyyət nəzərdə tutulub?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, qanunsuz sahibkarlıq – dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda bu razılıq alınmadan, lisenziya şərtlərini pozmaqla və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan icazəsiz istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
Bu əməl fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda və ya xeyli miqdarda gəlir əldə edildikdə cinayət məsuliyyəti yaradır.
Belə hallarda şəxs vurulmuş ziyanın (və ya əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək məbləğdə cərimə, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








