Sınaq müddəti kimlərə tətbiq edilmir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı işçilərlə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, aşağıdakı şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir:
yaşı 18-dən az olan şəxslər
müsabiqə yolu ilə vəzifəyə təyin olunanlar
hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlar
3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər
təhsil müəssisəsini bitirdiyi ildə ixtisası üzrə ilk dəfə işə qəbul olunanlar
ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər
2 ayadək müddətə əmək müqaviləsi bağlananlar
tərəflərin razılığı ilə müəyyən edilən digər hallar
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








