Nümayəndə və vəkil anlayışlarının fərqi nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Nümayəndə və vəkil anlayışlarının fərqi nədən ibarətdir?
Cavab: Vəkil (müdafiəçi) cinayət-prosessual qanunvericiliyinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirən şəxsdir. O, ittihamı yüngülləşdirən və ya təkzib edən sübutların toplanmasına kömək edir və müdafiə funksiyasını yerinə yetirir.
Nümayəndə isə əsasən mülki və ya inzibati proseslərdə iddiaçı, cavabdeh və ya üçüncü şəxslərin adından çıxış edərək onların hüquq və mənafelərini müdafiə edir. Nümayəndə vəkil ola biləcəyi kimi, qanunla icazə verilən digər şəxs də ola bilər.
Sualı cavablandırdı: Ordubad Rayon Prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas - Tuncay Əsgərli.








