Köç karvanları Ağdərəyə çatıb, mənzillərin açarları təqdim olunub
Ağdərənin Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz kəndlərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açarların təqdim edilməsi mərasimində Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Çıldırana 3 (13 nəfər), Aşağı Oratağa 21 (108 nəfər), Heyvalıya 7 (34 nəfər), Çapara 4 (17 nəfər), Həsənrizə isə 6 ailənin (29 nəfər) qayıdışı təmin olunub.








