Azərbaycanın ABŞ-dəki səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin konsulluq bölməsi 2026-cı ilin 20-31 mart tarixlərində Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günlərində fəaliyyət göstərməyəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X"dəki hesabında məlumat yayıb.
Qeyd olunub ki, qeyri-iş günləri ərəfəsində səfirliklə operativ əlaqənin yaradılması üçün konsulluq bölməsinin aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
- "Qaynar xətt" nömrəsi: +1(202)556-9391
- Elektron poçt ünvanı: consul@azembassy.us
- Səfirliyin internet səhifəsi:








