Xankəndidə Torpaq çərşənbəsinin tonqalı alovlandırılıb
Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi ölkəmizin hər yerində olduğu kimi Xankəndi şəhərində də böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumata görə, şəhərin Zəfər meydanında çərşənbə tonqalı alovlandırılıb. Tonqal ətrafına toplaşan insanlar qədim ənənələrə uyğun olaraq bayram alovun üzərindən tullanıb, baharın gəlişini sevinclə qarşılayıblar.
Musiqili və əyləncəli proqramla müşayiət olunan tədbir iştirakçılarda xüsusi bayram ovqatı yaradıb. Milli musiqilər səsləndirilib, sakinlər birlik və həmrəylik şəraitində Novruz ənənələrini yaşadıblar. Uzun illərdən sonra doğma Qarabağ torpağında Novruz tonqallarının alovlanması sakinlərdə qürur və sevinc hisslərini daha da artırıb.








