Azərbaycan əsas tədarük bazarından avtobus alışını kəskin artırıb
Bu ilin yanvar ayında Azərbaycan 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd avtobus idxal edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 36,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 dəfə çox) 185 ədəd (+4 dəfə) və İtaliyadan 238 min ABŞ dolları dəyərində (+5 dəfə) 4 ədəd (+4 dəfə) avtobus alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 877 ədəd avtobusun 82 %-i Çinin payına düşüb.








