Azərbaycanda 707 nəfər narkotik asılılığından müalicə alır

Azərbaycanda 707 nəfər narkotik asılılığından müalicə alır

29 Mart 2026

Azərbaycanda 707 nəfər narkotik asılılığından müalicə alır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının ikiayılıq hesabatında qeyd edilib.

Bildirilib ki, Respublika Narkoloji Mərkəzində 284, QİÇS-lə Mübarizə Mərkəzində 300, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər müalicə edilir.