Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

29 Mart 2026

Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev "İstiqlal" ordeni ilə təltif edilsin".