Naxçıvan voleybolçuları mükafatçılar sırasında -

Naxçıvan voleybolçuları mükafatçılar sırasında - FOTO

29 Mart 2026

Bakı şəhərində 14 yaşadək oğlan və qız voleybolçular arasında Azərbaycan birinciliyini keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası iki komanda ilə təmsil olunub və hər iki heyət uğurla çıxış edərək mükafatçı olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 14 yaşadək oğlanlardan ibarət “Naxçıvan” komandası bütün rəqiblərini məğlub edərək Azərbaycan birinciliyinin qalibi olub. Komanda 1/4 final mərhələsində “Şərqi Zəngəzur RVK” üzərində 2:0, yarımfinalda “Sumqayıt RVK” üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə isə “Oğuz RVK” ilə üz-üzə gələn “Naxçıvan” komandası rəqibini 2:0 hesabı ilə məğlub edərək Azərbaycan birinciliyinin qalibi olub.

Naxçıvanı 14 yaşadək qız voleybolçular arasında təmsil edən “Möminə Xatun” komandası isə üçüncü yerə sahib çıxıb. Kollektiv üçüncülük uğrunda görüşdə “Şərqi Zəngəzur RVK” ilə qarşılaşıb. Gərgin və maraqlı keçən oyunda 2:1 hesablı qələbə qazanan Naxçıvan təmsilçiləri Azərbaycan birinciliyinin bürünc medallarına sahib çıxıblar.