Turan Bayramov “Böyük Dəbilqə”də gümüş medal qazanıb

Turan Bayramov “Böyük Dəbilqə”də gümüş medal qazanıb

20 Mart 2026

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, finalda Nurkanat Serikbayevə (Qazaxıstan) uduzmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.