Şuşada bayram namazı qılınıb
Ramazan bayramı münasibətilə Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərasimdə Şuşa sakinləri iştirak ediblər.
Bayram namazında dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.








