Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib

20 Mart 2026

Prezident İlham Əliyev Rəşad Müsəllim oğlu Həsənovu rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" nazirliyə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

O, 2021-2026-cı illərdə nazirin müşaviri, daha əvvəl isə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, Azərbaycan Bankında iqtisadçı vəzifəsində çalışıb.