Ağdamda bayram namazı qılınıb

Ağdamda bayram namazı qılınıb

20 Mart 2026

İşğaldan azad olunmuş Ağdam şəhərində Ramazan bayramı namazı qılınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ağdam Cümə məscidində qılınan bayram namazında ötən illərdəkindən fərqli olaraq Ağdam şəhərinə köçmüş sakinlər də iştirak ediblər. Bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları yad olunub, ruhlarına dualar oxunub.