14 yaşlı naxçıvanlı böyüklərin ölkə çempionatında mükafatçı olub

14 yaşlı naxçıvanlı böyüklərin ölkə çempionatında mükafatçı olub

16 Mart 2026

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib. Şüvəlan Ağırlıqqaldırma Mərkəzində reallaşan yarışda paytaxt və bölgələrimizi təmsil edən 80-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.  

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasından çempionatda Əməkdar məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə “Şərur UGİM” komandasının idmançısı Fəxrəddin Allahverdiyev iştriak edib.

Fəxrədddin kişilər arasında 88 kq çəki dərəcəsində çıxış edib. İlk dəfə olaraq böyüklər arasında gücünü sınayan yeniyetmə idmançı çətin mübarizəni ilk üçlükdə tamamlaya bilib. Belə ki, Fəxrəddin Allahverdiyev iki hərəkətin cəmində 255 kq (115+140) nəticə ilə bürünc medala sahib çıxıb.

Xatırladaq ki, 14 yaşlı idmançımız bundan öncə yeniyetmələr arasında 3 dəfə Azəbaycan birincisi olub.