Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir
Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vida mərasimində görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.
Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.
Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.








