Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.








