Deportasiya və məcburi köçürmə nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əhalini deportasiya etmə və ya məcburi köçürmə dedikdə hansı hərəkətlər başa düşülür?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (Azərbaycan Respublikası)nin 107-ci maddəsinə əsasən, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalinin qanuni yaşadığı yerlərdən başqa ölkəyə qovulması və ya digər məcburi hərəkətlərlə didərgin salınması deportasiya və ya məcburi köçürmə hesab olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








