Naxçıvanda aprel ayında hava necə olacaq?

Naxçıvanda aprel ayında hava necə olacaq?

01 Aprel 2026

Naxçıvanda aprel ayına gözlənilən hava pronozu açıqlanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Hidrometeorolgiya Xidmətindən məlumat verilib.

Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli Şərur  rayonlarında  havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 34-59 mm).