Naxçıvanda 17 dərəcəyədək isti qeydə alınıb

Naxçıvanda 17 dərəcəyədək isti qeydə alınıb

25 Mart 2026

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin səhər saatlarından bəzi yerlərdə yağış yağır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin martın 25-nə olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Naxçıvan, Şahbuz, Culfa, Şəki, Naftalan, Goranboy, Mingəçevir, Ağdam, Tərtər, Yevlax, Yardımlı, Lerikdə 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadası, Gəncə, Naftalan, Xaltan, Lerik, Astarada duman müşahidə olunur, görünüş 200-500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 17, Aran rayonlarında 23, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.