Cəza və tənbeh tədbirinin icra dairəsi... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Barəsində ictimai işlər tətbiq edilən şəxslər hansı işlərə cəlb edilə bilərlər?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 438 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, barəsində ictimai işlər tətbiq edilən şəxslər aşağıdakı işlərə cəlb edilə bilərlər:
Abadlaşdırma və təmizlik: Şəhər və rayon ərazisinin, küçə, park, meydan və yolların təmizlənməsi, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması;
Məişət tullantıları ilə iş: Tullantıların yığılması, çeşidlənməsi, daşınması, utilizasiyası və zərərsizləşdirilməsi;
Tikinti və təmir: Xəstəxanaların, məktəblərin, bağçaların, yataqxanaların və digər sosial obyektlərin tikintisi və təmiri işləri;
Kənd təsərrüfatı: Müvafiq müəssisələrə kömək göstərilməsi;
Fövqəladə hallar: Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və digər ictimai əhəmiyyətli işlər.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








