Naxçıvanda hava şəraitinin kəskinləşəcəyi gözlənilir - XƏBƏRDARLIQ
Aprelin 4-dən 7-dək muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sədərək rayonundan başlayaraq fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur.
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi 5–10 m/s, arabir 15–18 m/s-dək güclənəcək.
Əhalinin ehtiyatlı olmaları, əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.








