Abdulla Aripov: Qarabağ son dövrlərdə daha da firavan bölgəyə çevrilir

Abdulla Aripov: Qarabağ son dövrlərdə daha da firavan bölgəyə çevrilir

02 Aprel 2026

Azərbaycanın vacib və ayrılmaz parçası olan Qarabağ son dövrlərdə daha da firavan bölgəyə çevrilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Özbəkistanın Baş naziri Abdulla Aripov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O vurğulayıb ki, özbək xalqı qardaş Azərbaycanın nailiyyətlərinə sevinir:

"Bu gün strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Özbəkistan münasibətlərinə böyük dəyər veririk. Şübhəsiz ki, açıq və etimad ruhunda olan dialoq və Zati-alinizlə Şavkat Miromonoviç Mirziyoyev arasındakı qardaşlıq və dostluq qardaş xalqlarımızı daha da birləşdirir. Özbək xalqı qardaş Azərbaycanın nailiyyətlərinə sevinir. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sürətlə inkişaf edir və ildən-ilə böyük nailiyyətlər əldə edir. Sizin şəxsi səyləriniz və təşəbbüsləriniz sayəsində qardaş Azərbaycanın vacib və ayrılmaz parçası olan Qarabağ son dövrlərdə daha da firavan bölgəyə çevrilir".

Baş nazir əlavə edib ki, azərbaycanlı həmkarı Əli Əsədovla daim əlaqədədir:

"Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli fəaliyyəti yüksək qiymətləndiririk. Təşkilatımızın bundan sonra da gücləndirilməsi üçün səylər göstərməyə hazırıq".