Türkmənistan TDT-nin iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Türkmənistan TDT-nin iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

02 Aprel 2026

Türkmənistan Azərbaycana Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

"Biz Azərbaycan tərəfinə və TDT Katibliyinə bu iclasın yüksək səviyyədə keçirilməsi üçün yaradılmış əla şəraitə, həmçinin göstərilən qonaqpərvərliyə görə səmimi minnətdarlığımızı bildiririk", - N.Ataqulıyev qeyd edib.

Onun sözlərinə görə, bugünkü görüş türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafına yeni impuls verəcək, qarşılıqlı etimadı möhkəmləndirəcək və əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.