Cəzaçəkmə müəssisələrinin növləri hansılardır? -

Cəzaçəkmə müəssisələrinin növləri hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

02 Fevral 2026

Sual: Cəzaçəkmə müəssisələrinin növləri hansılardır?

Cavab: Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla, təsərrüfat və məişət xidməti işlərinə görə burada saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər.

Cəzaçəkmə müəssisələri məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünür. Müalicə müəssisələrində stasionar şəraitdə müayinə və müalicəyə ehtiyacı olan məhkumlar cəza çəkirlər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov