Məişət zorakılığı nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məişət zorakılığı nədir?
Cavab: Məişət zorakılığının hüquqi və kliniki tərifləri mövcuddur.
Hüquqi tərif - Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Kliniki tərif - Məişət zorakılığı yeniyetmələr, gənclər və böyüklərin öz partnyorlarına qarşı törətdikləri fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya məhrumetmə kimi aşağılayıcı və zorakı davranışların törədilməsi ardıcıllığıdır. Zorakılığın bir neçə növü var: cinsi, fiziki, mənəvi, sosial, iqtisadi, psixoloji.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








