Azadlığın məhdudlaşdırılması cəzasında həvəsləndirmə tədbirləri...

Azadlığın məhdudlaşdırılması cəzasında həvəsləndirmə tədbirləri... HÜQUQ MƏSLƏHƏTİ

30 Yanvar 2026

Sual: Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxs barəsində həvəsləndirmə tədbirləri tətbiq edilə bilərmi?

Cavab: Bəli. Cəzanın icrası qaydalarını nümunəvi yerinə yetirən məhkum barəsində icra məmuru tərəfindən təşəkkür elan edilə, əvvəllər verilmiş tənbeh götürülə, həmçinin istirahət və bayram günlərini müəyyən edilmiş ərazi hüdudlarından kənarda keçirməyə icazə verilə bilər. Bu tədbirlər məhkumun islah olunmasının müəyyənləşdirilməsində nəzərə alınır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov