Diplomların elektronlaşdırılması qərarının praktiki üstünlükləri - ekspert şərhi
Nazirlər Kabinetinin 2025-ci il 7 yanvar tarixli, 1 nömrəli Qərarına əsasən təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydalar təsdiqlənib. Qərara əsasən, diplomlar və onlara əlavə edilən sənədlər mərhələli şəkildə elektron sistem üzərindən təqdim olunacaq.
Elektron diplom sisteminə keçidin hansı zərurətdən yarandığı və bu addımın təhsil sisteminə gətirdiyi real üstünlüklərlə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ" təhsil eksperti Ramin Nurəliyevin mövqeyini öyrənib.
Diplomların elektron sisteme keçirilməsi hansı zərurətdən yarandı və şəffaflıqdan başqa hansı real üstünlükləri təmin edəcək?
"Elektron diplomlar gənclərin xaricdə təhsil yolundakı əsas maneəni aradan qaldıracaq".
Təhsil eksperti bildirir ki, diplomların elektron formata keçirilməsi ilk növbədə praktiki bir zərurətdən yaranıb:
Dövlət tərəfindən diplomların və şəhadətnamələrinin attestatların elektron formada təqdim olunması qərarı Bununla bağlı müvafiq qərarı, xüsusilə də bu sistemin hazırlanması əzində beynəlxalq təcrübədə də mövcuddur. Hal-hazırda qardaş Türkiyədə belə diplomların elektron formada təqdim olunması prosesi həyata keçirilir. Tələbə sadəcə deyək ki, bakalavrı Azərbaycan Ali təhsil müəssisəsində oxuyub bitirib, magistraturaya xarici ali təhsil müəssisəsinə getmək istəyir. Tələbə bizdə aprel-may-iyun aylarında ali təhsil müəssisəsini yekunlaşdırır. Yekunlaşdırdıqdan sonra artıq növbəti mərhələ tələbənin magistratura ixtisasına qəbul olması prosesi həyata keçirilir. Bəzi xarici ali təhsil müəssisələrində bəzi ölkələr diplomun olmasını əsas tələb kimi qarşıya qoyur. Məsələn, xarici ali təhsil müəssisəsinə müraciət etdiyi təqdirdə, digər sənədlərə yanaşıq diplom da tələb olunur. Bizdə həmin diplom bildiyiniz kimi haradasa oktyabr aylarında verildiyi üçün bəzi gənclərimiz xarici ali təhsil müəssisələrində müəyyən problemlərlə qarşılaşırdılar, çətinliklərlə qarşılaşırdılar. Artıq elektron formada diplom təqdim olunduqdan təqdirdə bu gənclər rahat bir şəkildə elektron diplomlarını təqdim edə biləcəklər. Bizdə diplom verilmədiyi üçün, yəni oktyabr ayında verildiyi üçün onun yerinə müvafiq araçlar verilirdi ki, xarici təhsil müəssisəsini bitirib diplomu müyyən tarixdə veriləcək. Xarici universitetlər bunu qəbul etməsində problem yaranırdı, çünki özlərində elektron formada diplom sistemi mövcud olduğu üçün bizdə də o formatda olan diplomu təqdimini istəyirdi. Burada da bizim gənclərimiz müəyyən çətinliklərlə də qarşılaşırdılar. Hesab edirəm ki, artıq o çətinliklər aradan qalxacaq.
Ramin Nurəliyev vurğulayıb ki, elektron sistemin ən mühüm üstünlüklərindən biri də saxtakarlığın qarşısının alınmasıdır:
İkinci əsas məsələ şəffaflığın təmin olunmasıdır. Bəzi hallarda saxta kağız formatında diplomlar hazırlayıb müraciət edənlər olurdu, bu addımla isə bunun qarşısı alınmış olacaq. Çünki hal-hazırda diplom, elektron diplomlar kodlar vasitəsilə təqdim olunacaq ki, həmin kodlar vasitəsilə rahat bir şəkildə istənilən dövlətdən diplomun hüququ qanuniliyi müəyyən ediləcək.
Elektron diplomların tələbənin bütün təhsil dövrü üzrə nəticələrini əhatə edib-etməyəcəyi məsələsinə toxunan ekspert qeyd edib ki, bu, texniki baxımdan tam mümkündür:
Ali təhsil müəssisələrində müəyyən transkript təqdim olunur ki, həmin transkript əslində, diplomla yanaşı həmin transkriptin elektron formada təqdim olunması təbii ki, üstünlük olardı. Bununla bağlı müvafiq qərarda hər hansı bir gecik olunmayıb, amma hesab eləyirəm ki, yəqin ki, bu da diqqətə alınar, əslində diqqətə alınması mütləq lazımdır. Çünki gəncimiz ali təhsil müəssisəsinə xüsusilə ki, magistraturaya müraciət etdiyi təqdirdə və yaxud da ki, başqa xarici ali təhsil müəssisəsinə bakalavriyyat səviyyəsi üzrə müraciət etdiyi təqdirdə ondan transkript də tələb olunur. Yəni bizim dediyimiz qiymət cədvəli tələb olunur, müəyyən kreditləri toplayan nəticə. Hal-hazırkı qaydada diplomla yanaşı diplomun əlavəsi də xaric formatında təqdim olunur. Amma elektron formatda təqdim olunduğu təqdirdə əlbəttə ki, diplomun əlavəsi, yəni transkript qiymət cədvəli təqdim olunacaq. Transkriptdə tələbə gəlib rahat bir şəkildə ali təhsil müəssisəsindən təmin etmək imkanına malik olacaq.
Ekspert hesab edir ki, elektron diplom və transkript sistemi tələbələri əlavə bürokratik maneələrdən xilas edəcək:
Tələbə də artıq zaman itirməyəcək, ali təhsil müəssisəsini bitirdikdən sonra 10-12 gün müddətində sistem üzərindən diplom əlavə yerləşdiriləcək. Artıq texnologiya dövrüdür, müasir texnologiyalar avadanlıqlar demək olar ki, dünyanın əsas meyarlarından biridir. Hesab edirəm ki, bizdə bu artıq texnologiya dünyaya ayaq uydurmalıyıq, bu istiqamətdə müvafiq addımlar atırıq. Dövlət tərəfindən atılan bu təşəbbüs təqdirə layiqdir. Çünki artıq beynəlxalq təcrübədə də biz bunun nümunələrinə rast gəlmişik. Əsas inkişaf etmiş ölkələrdə, təhsil inkişaf etmiş MDB(Müstəqil Dövlətlər Birliyi) ölkələrində artıq diplomlar elektron formada təqdim olunur. Gənclərin rahat bir şəkildə xarici təhsil müəssisələrinə müraciət etmək istiqamətindəki qiymət cədvəllərinin qısa bir müddətə təqdim olunması, eləcə də şəffaflığın təmin olunması istiqamətində çox böyük rol oynayacaq. Hesab edirəm ki, qiymət cədvəllərində qiymətləndirmə meyarlarının da diplomla yanaşı elektron formada təqdim olunması həyata keçiriləcək.
Müsahib elektron diplomların əmək bazarındakı təsiri haqda da danışıb:
Diplomun elektron formada həyata keçirilməsi eləcəkdə əmək bazarında da müəyyən üstünlükləri özü ilə gətirəcək. Çünki ali təhsil müəssisəsini bitirən hər hansı bir gənc istər xarici ölkələrdə, istər Azərbaycanda əmək fəaliyyətinə qoşulmaq istədiyi təqdirdə, diplomunun qısa bir müddətdə elektron formada təqdim olunması müəyyən qədər vaxt itkisinin də qarşısını almış olacaq. Eləcə də əmək fəaliyyətinə cəlb olunan gəncin diplomunun eləcə də qiymət cədvəlinin işəgötürən tərəfindən qısa bir müddətdə müəyyənləşdirilməsi mümkün olacaq.
Nəzrin Umay








