Musa Hüseynov: Amnistiya aktı muxtar respublika üzrə 137 məhkuma şamil olunub
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qeydiyyat bölməsinin rəisi Musa Hüseynov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, amnistiya aktı ümumilikdə Naxçıvan Muxtar Respublikası üzrə bu günədək 137 məhkuma şamil edilib.
Onun sözlərinə görə, qərarın icrası üçün nəzərdə tutulan 4 aylıq müddət 19 aprel 2026-cı il tarixinədək davam edəcək.
Musa Hüseynov qeyd edib ki, amnistiya aktına düşən 137 məhkumdan 62 nəfər cəzadan azad olunub, 75 nəfərin isə cəza müddəti 6 ay azaldılacaq.
“Cəzanın 6 ay azaldılması ilə bağlı işlər mərhələli şəkildə davam etdirilir. Məhkumlar barədə müvafiq təqdimatlar hazırlanaraq məhkəmələrə göndərilir və məhkəmələr tərəfindən cəza müddətləri 6 ay azaldılır”, – deyə o vurğulayıb.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








