Ordubadda “Qərbi Azərbaycana qayıdış” Festival-konqresinin ilk günü zəngin proqramla yadda qalacaq

Ordubadda “Qərbi Azərbaycana qayıdış” Festival-konqresinin ilk günü zəngin proqramla yadda qalacaq

15 May 2026

“Qərbi Azərbaycana qayıdış” Festival-konqresinin birinci günü çərçivəsində Ordubad rayonunda geniş festival proqramı təşkil olunacaq.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında  NDU-nun rektoru Elbrus İsayev deyib.

Bildirilib ki, proqram çərçivəsində “Qərbi Azərbaycan kənd modelinin formalaşdırılması” mövzusunda təqdimat keçiriləcək, VR texnologiyası vasitəsilə iştirakçılar Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrinə virtual səyahət edəcəklər. Festivalda xalçaçılıq, kulinariya, rəsm, toxuculuq, flora, herbari, kitab və memarlıq sərgiləri nümayiş olunacaq, həmçinin aşıq məclisi, “Yallı” rəqsi və folklor kompozisiyaları təqdim ediləcək.

Qeyd olunub ki, festival çərçivəsində iştirakçılar üçün Ordubadın qədim məhəllələrinə də gəzinti təşkil ediləcək.