Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Cəfərov dəfn edilib -

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Cəfərov dəfn edilib - FOTO

15 May 2026

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Şirvan oğlu Cəfərovun nəşi Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vida mərasimindən sonra Rafiq Cəfərov hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Rafiq Cəfərov 1973-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1993-ci ildə Cuvarlı və Aşağı Əbdürrəhmanlı istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.