İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir -

İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir - FOTO

15 May 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşılayıblar.