Naxçıvanda bank əmanətlərinin həcmi artıb

Naxçıvanda bank əmanətlərinin həcmi artıb

15 May 2026

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği artaraq 41 milyon 421 min 800 manata çatıb.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2026-cı il aprelin 1-i vəziyyətinə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncə ilə müqayisədə 47,3 faiz artaraq milli valyuta ekvivalentində 41 milyon 421 min 800 manat təşkil edib.

Qeyd olunub ki, əmanətlərin 94 faizi milli, 6 faizi isə xarici valyutada yerləşdirilib. Milli valyutada olan əmanətlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,7 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 40,4 faiz artıb.