Naxçıvan şəhərində istilik mərkəzləri yenidən qurulacaq
Naxçıvan şəhəri ərazisində istilik mərkəzlərinin modernizasiyası, yenidən qurulması və təmiri ilə bağlı işlər həyata keçiriləcək.
“NAXÇIVANXƏBƏRLƏRİ” dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla məlumat verir ki, bununla bağlı Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi tərəfindən müvafiq satınalma müsabiqəsi elan olunub.
Müsabiqə “Naxçıvan şəhəri ərazisində istilik mərkəzlərinin modernizasiyası, yenidən qurulması və təmiri (müvafiq avadanlıqların, mal-materialların alınması, quraşdırılması daxil olmaqla) işləri”ni əhatə edir.
Layihə çərçivəsində istilik mərkəzlərində yenilənmə işlərinin aparılması, avadanlıqların dəyişdirilməsi, yeni mal-materialların alınaraq quraşdırılması nəzərdə tutulur.








