Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Baxış Abutalıb oğlu Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Baxış Babayev Azərbaycanın elektroenergetika sahəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.








